İlk hicablı millət vəkili olmaqdan şərəf duyuramMüsahibəni apardı : Rufiz Rəhimov
Mərvə Kavakçı: İlk hicablı millət vəkili olmaqdan şərəf duyuram
Saytımızın Türkiyə Böyük Millət Məclisinin ilk hicablı deputatı Mərvə Sefa Kavakçı ilə müsahibəsini oxucularımıza təqdim edirik.
Baş örtüsü və siyasət nə qədər uzlaşır. Bu iki qavrama anlam gətirmənizi xahiş edərdik.
Bismilləhir-rəhmanir-rəhim
Başörtüsü
Allahn bir əmridir. Namaz qılmaq, oruc tutmaq, kimi. Baş örtüsü, daha
geniş mənası ilə təsəttür dinimizin həqiqətlərindən sadəcə birisidir.
Necə ki. bu gün dünyada namazını 5 vaxt qılan müsəlmanlar və namaz
qılmayan üsəlmanlar vardır, eləcədə başını örtən müsəlman qadınlar və
örtməyən müsəlman qadınlar vardır. Müsəlman qadın başını örtməklə
dinini tamamlamamış olmaya bilər (çünki, əməl etməsi gərək olan başqa
əmrlər də vardır), amma baş örtməmək də dini tam mənası ilə yaşamamaq
deməkdir. Siyasətə gəldikdə: Müsəlman ömrünü dinin faydalı saydığı bir
işlə keçirməlidir. Əmr bil-məruf nəhy anil-münkər, yəni yaxşılıqları
əmr edib pisliklərdən çəkindirmək hər müsəlmanın vəzifəsidir. Siyasət
həm faydalı bir iş, eyni zamanda da əmr
bil-məruf nəhy anil-münkərə imkan verən peşədir. Bəzilərinə görə
müsəlman siyasətə daxil olmamalıdır, ancaq peyğəmbərimiz
Muhamməd
(s) ömrünü siyasətlə məşğul olaraq keçirmişdir. Mən müsəlman kişi və
qadnlarn siyasətlə məşğul olmalarında bir məhzur görməməkdə, əksinə
siyasətin içərisində yaşadığımız kompleks dünyada bir gərəklilik
olduğuna inanmaqdayam. Başörtüsü və siyasəti bir-birinə ziddiyyətli
olaraq görmürəm.
Sizcə siyasətdə başarılı qadın evdə də yönəticidirmi?
Siyasi
həyat içərisində olmaq əlbəttə ki,. insani əlaqələr, insanları idarə
etmə məsələlərində təcrübə əldə etməyə səbəb olur. Qadın və ya kişi bu
təcrübədən qazandqlarını ailə həyatında bir qədər tətbiq edə bilər,
ancaq siyasətdəki uğur evdəki idarəçiliklə birbaşa əlaqələndirilməz
deyə düşünməkdəyəm. Siyasət kişilərə aid bir sahədir. Qadınların bütün
dünya üzrə siyasətdə fəal iştirakı qarşı cinsə nəzərən çox aşağıdır.
Bu, inkişaf etməkdə olan ölkələr qədər, inkişaf etmiş ölkələrdə də
belədir. “Kişi-dominant” bir sahədə qadının önündə bir çox əngəllər
vardır. Siyasətdə uğur qazanan qadın bu əngəlləri çox zaman qismən də
olsa aşa bimiş deməkdir. Yəni, siyasət güclü bir qadın siması
formalaşdırmaqdadır. Bu güc qadına ailə həyatında bəzi zamanlarda
qadına fayda, bəzi zamanlarda da zərər gətirməkdədir.
Bəzilərinə görə müsəlmanlar sadəcə dəvətlə məşğul olmalı və siyasətə əsla müdaxilə etməməlidirlər. Mərvə Kavakçıya görə bu necədir?
Daha
əvvəlcə də ifadə etdiyim kimi, mən müsəlanın nəinki siyasətdən uzaq
durması, hətta tam tərsinə siyasətə girməsinin vacibliyi qənaətindəyəm.
Bu gün dünya siyasətlə idarə edilməkdədir. Bunu deyərkən “siyasət”
kəliməsini daha geniş mənada istifadə etməkdəyəm. “Müsəlmanalar
siyasətə girməsin” şüarları ilə bu günlərə gəldik. Nəticədə nə oldu?
İnsanlar pis idarə edilərək idarəçilərdən şikayət edər oldular.
Müsəlmanlara da meydanın kənarından seyr etmək qaldı. Amma, müsəlman
etdiyi səhvi əli ilə düzəldəndir. Əli ilə bacarmazsa dili ilə
düzəldəndir, zülmə qarşı səssiz qalmayandır. Bu gün dünya zülmlə
qaynayır. Biz isə, müsəlman əlini-əyağını dünyadan çəksin, siyasəti
başqalarına buraxsın deyirik. Bu olmaz.
Sizin məclisdə olmanız böyük səs-küyə
səbəb oldu. Siz məclisə girmədən əvvəl belə olacağını bilmirdinizmi ?
Bilirdinizsə nə üçün məslisdə iştirak
etdiniz ?
Bəli,
çox təəssüf ki, mənim 1999-cu ildə ilk başörtülü millət vəkili olaraq
seçilməyim arzuolunmaz hadisələrlə nəticələndi. Mən İstanbul millət
vəkili idim. Hər bir millət vəkilliyinə namizəd kimi mən də seçki
ərazisində seçkilərdən əvvəl kampanya başlatdım. Türkiyə üçün, xüsusilə
Türkiyə qadınları və gəncləri üçün nələr edəcəyimi seçicilərimə
anlatdım. İstanbullular da mənə etimad etdi və məni onları təmsil etmək
üçün Türkiyə Böyük Millət Məclisinə yolladı. Ancaq bir qurup millət
vəkili və o zamanın baş naziri Ecevit və prezident Dəmirəl mənim
qiyafətimə “ilişib” qaldılar. Başımdakı örtümdən o yana keçə
bilmədilər. Bu tam mənası ilə bir qadın diskirminasiyası idi. Məni
protest edərək vəzifəmin icrasına mane olamları tam mənası ilə
qanunların tapdalanması idi. Çünki, qadın millət vəkillərinin başları
açıq olacaq deyə bir qanun yoxdur. Ancaq onların gözü elə dönmüşdü ki,
qanunlar və sairə nəzərlərində deyildi və ogünki təpkini göstərdilər.
Əlbəttə seçkilərə hazırlıq zamanı məni istəməyəcək, sevməyəcək, hətta
mənə nifrət edəcək insanların olacağını bilirdim. Amma hər kəsin
ümumbəşəri dəyərlər çərçivəsində hərəkət edəcəyinə inanırdım.Bir insan
digər birisi ilə anlaşmazlıq içərisində ola bilər, amma, ona hörmət
etməsi müasir həyat anlayışının bir gərəyidir deyə düşünürdüm. Təəssüf
ki, o günkü “sözdə” Demokratik Sol Partiya üzvləri heç də demokratik
olmayan çirkin bir münasibət göstərdilər. Mənə edilənlər əslində mənim
şəxsimdə seçicilərimə edilməkdə idi. Mənim
Məclisdə olamğım sadəcə bir haq deyil, İstanbullular tərəfindən mənim
çiynimə yüklənmiş bir vəzifə idi. Mən də bu vəzifəni şərəflə yerinə
yetirməyə hazır idim.
Sizə yenə də belə bir şans nəsib olsa yenə də əvvəl ki sövqlə məclisə qatılardınızmı ?
Mənim
inancımdan, başımdakı örtümdən vaz keçməyim söhbət mövzusu ola bilməz.
Bu məsələdə hər hansı bir güzəştə getməyim mümkün deyil. İlk başörtülü
millətvəkili olmaqdan şərəf duymaqdayam. Belə bir vəzifəyə Türk insanı
məni yenə gətirsə heç tərəddüd etmədən qəbul edəcəyəm. Qadınların
siyasətdə iştirakının hər ölkədə olduğu kimi Türkiyədə də artması üçün
gərəkli açılımlara baş vurulması zəruridir.
Bu gün Mərvə Kavakcı nə ilə məşğuldur ?
Bu
gün üzərimdə 2001-ci ildə başlamış olan siyasət qadağası olduğu üçün
fəal siyasətlə məşğul ola bilmirəm. Ancaq Haqqı müdafiə etmək üçün illa
da Məclisdə oturmaq lazım deyildir. Bu gün həyatımı Vaşinqtonda davam
etdirməkdəyəm. Məliumdur ki, bura dünya siyasətinin mərkəzidir. Corc
Vaşinqton Universitetində beynəlxalq əlaqələr ixtisası üzrə müəllimlik
etməkdəyəm. Eyni zamanda Türkiyədəki Vakit qəzetində köşə yazarıyam və
bir də ABŞ Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Komissiyasında Türkiyədə din azadlığı məsələləri üzrə müşüvirlik
etməkdəyəm.1999-cu ildə TBMM-ə seçildiyim zaman seçicilərim İstanbul
əhalisi idi. Onların problemləri mənim üçün ən
mühüm idi.
Bun gün isə
təmsil etdiyim kütlə baş örtüsü üzrə hüquqları pozulan qadınlardır.
Onların dərdi mənim dərdim, sevinci mənim sevincimdir. Bu gün baş
örtüsü məğdurlarının səsini və göz yaşını qərar sahiblərinə çatsdıracaq
insanlara ehtiyac vardır. Bu vəzifəni daşımaqdan şərəf duyuram.
Türkiyədə baş örtüsü qadağası otuz illik bir keçmişə sahibdir. İlk
başlanğıcı 1980-ci illərə dayanmaqdadır. Ancaq 1999-cu ildə mən Məclisə
seçilənə qədər dünya gündəmində bu məsələ tanınmamışdı. Məclisdə
yaşadıqlarımızla dünya mətbuatı və beynəlxalq arena Türkiyədə belə bir
problem olduğunu görmüş oldu. Problemin tanınmış olması onun həllinə
doğru atılan addım olduğundan yaşananların xeyirlərin fəthinə vəsilə
olacağına inanıram. Bundan başqa Amerika və Avropa universittetlərində
mühazirələrim olur. Mənim üçün ən əhəmiyyətli məşğuliyyətlərdən biri də
Avriopa İnsan Haqqları Məhkəməsində qaldrmış olduğum iddianı
izləməkdir.
Azərbaycan haqda nə kimi bilgilərə sahibsiniz ?
Azərbaycan
türk insanı üçün qardaş ölkədir. Bu dilimiz və dinimizin verdiyi bir
qardaşlıq duyğusudur. Azərbaycanın rəqib dövlət olan Sovet İttifaqının
çatısı altında olması bu qardaşlığı ortadan qaldıra bilməmişdir. Sovet
İttifaqının süqutu nəticəsində azəri xalqı layiq olduğu hürriyətə
qovuşmuşdur. Buna çox sevinirik. Bundan sonrakı işimiz iki ölkə
arasında məhəbbəti və gediş-gəlişi, əlaqələri daha da möhkəmlətməkdir.
Azərbaycana heç getməmişəm, ancaq oradakı dəyərli fəaliyyətlərdən
xəbərdaram. Ümid edirəm ki, bir gün gedib oranı öz gözlərimlə görmək
nəsib olacaqdr. Mən xüsusilə Azərbaycan mahnılarını çox sevirəm. Çox
mahnı dinləyən insan olmama rəğmən Azəri türkülərini zövqlə dinləyir və
hərdən zümzümə edirəm.
Keçmiş sovetlər birliyi qadını haqda fikirlərinizi bilmək istərdik
Kommunist
sisteminin gətirdiyi sıxıntlar sovet qadınları üzərində də hiss
edilməkdə idi. Mən bu tip rejimlərin ən böyük sıxıntısının şəxsləri
azad buraxmaması olduğu qənaətindəyəm. Təəssüf ki, sovet qadını da
bundan nəsibini almışdı. Çalışqan, dürüst qadınlar əməklərinin
qarşılığnı görə bilməmişlər. Din məfhumundan uzaq tutulmanın nəticələri
də dəhşətlidir.
Bakıda olmaq istədinizmi və əgər çağırılsanız bu dəvətə icabət edərdinizmi
Əlbəttə çox arzu edirəm. İnşəallah, Rəbbim
nəsib edər.
Bizə nəsihətiniz
Əstəğfirullah, nəsihət deyil də azəri qardaşlarım üçün belə bir təmənnam vardır: Ümid edirəm ki, Qur`anın əmr etdiyi kimi Allahın ipinə dörd əllə sarılarlar və önlərinə çıxan bütün əngəlləri beləcə aşarlar. Qət edilməsi gərəkən yol uzun və məşəqqətlidir, amma unutmayaq ki, Allahın yardımı yaxındır, yetər ki, biz Ona üzümüzü çevirək.